XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Qusara istirahətə gedən 13 yaşlı oğlan dağdan yıxılaraq öldü
KRİMİNAL 11:23 / 06.12.2021

Qusar rayonunda yeniyetmə oğlan faciəvi şəkildə ölüb.

"Report”un əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 16:00 radələrində rayonun Laza kəndi ərazisində qeydə alınıb.

Belə ki, yaxınları ilə birlikdə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu dağdan yıxılaraq ölüb. Onun meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


1091 oxunub

InvestAZ