XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Bakıda NATO-nun təlim kursu keçirilib
HÜQUQ 20:06 / 03.12.2021

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

Müdafiə Nazirliyindən   Yenisəs.az-a verilən məlumata görə, kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib.

Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.


2265 oxunub

InvestAZ