XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Lənkəranda qeydə alınan anomal hava şəraiti ilə bağlı AÇIQLAMA
Maraqli 19:59 / 03.12.2021

Dekabrın 1-də dünyada ən anomal hava şəraiti Lənkəran şəhərində qeydə alınıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il 1 dekabr tarixində gözlənildiyi kimi, cənub-qərb istiqamətli, nisbətən isti hava cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində havanın maksimal temperaturu Lənkəranda 29,1, Bakıda isə 26 dərəcə isti olub:

"Bu da ən yüksək maksimal temperaturdur. Çoxillik meteoroloji məlumatlara əsasən, son 30 ildə havanın ən maksimal temperaturu 2010-cu ildə Bakıda 21,2, Lənkəranda isə 21,3 dərəcə isti təşkil edib”.


2445 oxunub

InvestAZ