XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Xocavənddə hərbçimizə hücum edən erməni ZƏRƏRSİZLƏŞDİRİLDİ
KRİMİNAL 17:14 / 03.12.2021

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Bu barədə Yenisəs.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


1702 oxunub

InvestAZ