Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə
Paşayevanın təşəbbüsü ilə noyabrın 27-də Xalq şairi Zəlimxan Yaqubun yenicə
nəşr olunmuş "Turkun taleyi" adlı kitabının Ankarada ilk təqdimat
mərasimi keçirilib. "Türk Ocaqları" Baş Qərargahında bas tutan
təqdimatda Qǝnirǝ Paşayevanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirdə iştirak etmiş Əməkdar mədəniyyət işçisi,
Zəlimxan Yaqub ədəbi irsinin tədqiqatçısı Musa Nəbioğlu bildirib ki, "Türk
Ocaqları” İdarə Heyəti üzvləri, ocağın gənc üzvləri və başqa qonaqların da
iştirak etdiyi tədbiri giriş sözü ilə "Türk Ocaqları”nın başqanı Prof. Dr.
Mehmet Öz açaraq Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin keçmişdəki və
günümüzdəki durumundan, Qarabağ Zəfərinin önəmindən danışıb, bütün Türk
dünyasında böyük söz ustadı kimi tanınan Zəlimxan Yaqubun yaradıcılığından söz
açıb, onun əsərlərinin Türk coğrafiyasında yayılmasının vacibliyini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin
Mədəniyyət Komitəsinin sədri Qǝnirǝ Paşayeva təqdimatda geniş nitq söyləyərək
Türk birliyi, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və Qarabağ
müharibəsindən söz açıb.
Xalq şairi Zǝlimxan Yaqubun Türk dünyasına, o
cümlədən qardaş Türkiyəyə sonsuz sevgi-sayğısından, Türkiyənin, Türk dünyasının
yüksəlişini, Qarabağda qazanılacaq qələbəni şair fəhmi ilə bütün aydınlığı ilə
öncədən görməsindən danışıb: "Zəlimxan Yaqub bütün bu vurğulanan yüksəliş və qələbələrdən
öz gözəl əsərlərində bəhs edib, bu mövzularda qiymətli şeirlər, poeamalar
yazıb.
Mən Zəlimxan müəllimlə ailə dostu olmuşam. Onun ailədə, cəmiyyətdə, parlamentdə,
Türk dünyasında və əlbəttə, şeir-sənət dünyasında necə sayğılı, etibarlı bir
yerə sahib olduğunu görmüşəm. Şairin haqqın rəhmətinə qovuşmasından 6
ilə yaxın vaxt keçsə də, onun dillər əzbəri olan
şeirlərinə, ümumən
şəxsiyyətinə və yaradıcılığına maraq azalmamışdır. Biz bu il şairin "Qarabağ
şikəstəsi” şeirlər və poeamalar kitabını onlayn təqdim edərkən, belə bir fikir
hasil oldu ki, onun türk dünyası ünvanlı şeirlərini ayrıca kitab şəklində çap
edək. Budur, böyük məmnuniyyətlə bu gün burada "Türkün taleyi” kitabının
təqdimatına yığışmışıq. "Türkün
taleyi”nin ilk təqdimatı üçün ən uyğun yerlərdən birinin məhz "Türk Ocaqları”
olduğuna inanıram. Necə deyərlər, amal eyni, yol eyni, baxış eyni...
Mən "Türk
ocaqları”mızın başqanı, hörmətli Mehmet xocaya, "Türkün taleyi”ni nəşrə hazırlayan Əməkar
mədəniyyət işçisi Musa
Nəbioğluna, bu təqdimatın hazırlanmasında, kitabın gün üzü görməsində əməyi
keçən hər kəsə könül dolusu təşəkkülərimi yetiririəm!
Çox şadam ki, bu təqdimat Türkiyəmizin dünyada
nüfuzunun böyük ölçüdə artdığı, Türk Dövlətləri Təşkilatının yarandığı və Vətən
Müharibəsində tarixi Zəfərimizin sevinc, fərəh və qüruru içində keçiririk. Bütün bu tarixi uğurlarımızın şairin
ruhuna agah olduğuna inanıram. Ruhu şad olsun”!
Sonra Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin
Qafarlı, "Ozan dünyası" Aşıq Yaradıcılığının Təbliği İB-nin sədri,
Əməkdar mədəniyyət işçisi Musa Nǝbioğlu, "Azərbaycanda Qadın Sahibkarlığının
İnkişafı Assosiasiyası”nın sədri Səkinə Babayeva, "Dədə Əlǝsgǝr
Ocağı" İctimai Birliyinin başçısı Xǝtai Əlǝsgǝrli və digərləri çıxış edrək
Zəlimxan Yaqub yaradıcılığından söz açıblar.
"Türk Ocaqları” Mərkəz Məsləhət qurumunun üzvü Dr.
Lütfü Şahsuvaroğlu öz çıxışında Türk birliyindən və birliyimizin güclənməsində
ədəbiyyatın, mədəniyyətin rolundan danışıb, çıxışının sonunda Zəlimxan Yaqubun
Türk birliyinə çağırış ruhlu şeirini oxuyub.
Təqdimatda Zǝlimxan Yaqubun şeirlərindən örnəklər
oxunub.
Tədbirin sonunda Azərbaycan heyəti adından "Türk
Ocaqları”na və tədbir iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri və
Zəlimxan Yaqubun digər kitabları təqdim olunub. Öz növbəsində "Türk Ocaqları” da
Azərbaycan nümayəndə heyətinə hədiyyələr bağışlayıb.