XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



KƏPƏZ DAĞINDA XƏRƏK QALASI - İlhami Cəfərsoy yazır
Maraqli 13:21 / 02.12.2021

Var idi, zəlzələdən dağıldı. Tarixi mənbələrdə həmin qala Xərak, əl-Xəraq, Xiraklu, Gərəkli formalarında yazıya alınmışdır. Xərak arxaik türk nəsillərindən biridir. Onlar Urartu dövründə Gök, yəni Göyçə gölü ilə Kəpəz dağının arasında yaşayırdılar. Urartu çarları er.əv.782-ci ildə onları Albaniyaya tərəf sıxışdırdılar. Zəlzələ olanda onlar Kəpəz dağının ətəyində saldıqları əl-Xəraq qalasında yaşayırdılar. Nizami Gəncəvi yazır:

Göy bir nərə çəkdi hirslə dərindən,

Dağlar parça-parça qopdu yerindən.

Xərək yaşayış məskəninin biri də Qarabağda idi. Yerli əhali onu Gərəkli adlandırırdı. Sovet dönəmində ermənilər Gərəkli kəndinin adını dəyişib Martuni elıdilər. Musa Xorenli yazır ki, Kerak H"Ay nəsillərindən biridir. Doğrudur. Ancaq o zamankı h"aylar erməni deyildilər. Türk dillərinə qohum olan bir dildə danışırdılar. 387-ci ildən sonra onların çoxu məhv edildi. Az bir hissəsi, o cümlədən bir neçə Gərəkli oymağı türk və müsəlman varlığını saxlaya bildi. Bax: İlhami Cəfərsoy. H"Ayların və Armenlərin mənşəyi. Bakı, 2020. səh. 3-64. Xərakların sağ qalan müsəlman qanadına son zərbəni ruslar Qafqaza gələndə vurdular. Laçınla Gəncə arasındakı Hərəkli yaşayış məskənləri yerlə yeksan edildi. Həmin qırğınlar haqqında az da olsa, qəmli nəğmələr qalmışdır.

Gərəklinin Qız qalası,

Ərşə çıxıb ah-nalası.

Bu misraları oxuyandan sonra bir gün görsəniz ki, nəvələrimin əlindən tutub rus məktəbinə aparıram, Allaha yalvarın mənim qollarımı sındırıb yanıma salsın.


1515 oxunub

InvestAZ