XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Hikmət Hacıyevdən UNESCO-ya ÇAĞIRIŞ
SİYASƏT 11:54 / 02.12.2021

"Azərbaycanın strategiyası budur ki, regionda sülh olsun. Azərbaycan Prezidenti tələb edir ki, ölkələrin suverenliyi, ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınsın”. Yenisəs.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev "Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda deyib.

O bildirib ki, hazırda dayanıqlı sülhün bərqərar olması əhəmiyyətlidir.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın əraziləri işğal altında olarkən həmin yerlərdəki mədəni irslər dağıdılıb.

"Biz UNESCO-nu dəvət edirik ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilmiş addımları görsünlər”, - deyə Hikmət Hacıyev əlavə edib.

Hikmət Hacıyev bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin bərqərar olması vacibdir.(oxu.az)


3015 oxunub

InvestAZ