XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Azərbaycan və Ermənistan XİN rəhbərləri bu gün görüşəcəklər
SİYASƏT 08:56 / 02.12.2021

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar.

Yenisəs.az  xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.

Xatırladaq ki, dekabrın 2-3-də Stokholmda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının illik iclası keçiriləcək.

İclasda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçə işgüzar səfərə gedib.


3127 oxunub

InvestAZ