XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Azərbaycan və Ermənistan XİN rəhbərləri sabah görüşəcəklər - KİV
SİYASƏT 21:57 / 01.12.2021

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar.

Yenisəs.az  xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.

Xatırladaq ki, dekabrın 2-3-də Stokholmda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının illik iclası keçiriləcək.

İclasda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçə işgüzar səfərə gedib.


Müəllif: Teleqraf.com

4871 oxunub

InvestAZ