XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım etdi
Gündəm 09:08 / 01.12.2021

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviterdəki hesabında Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il keçməsi ötməsi ilə bağlı paylaşım edib.

Yenisəs. az bildirir ki, paylaşımda deyilir:

"1 dekabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Laçın rayonunda üçrəngli bayrağımızı ucaltdı”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Düşmən Laçını 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçərək işğal etmişdi.


1100 oxunub

InvestAZ