XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Lavrov: " ABŞ sərhədlərimizdə gərginlik yaradır"
SİYASƏT 15:03 / 30.11.2021

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bətan edib ki, ABŞ Rusita sərhədləri yaxınlığında hərbi bazalarını yerləşdirməklə hərbi gərginlik yaradır.
 

"Hətta məktəb şagirdinə də məlumdur ki, ABŞ sərhədlərimiz ətrafına hərbi bazalarını səpələyir. Buna baxmayaraq şivən qopararaq hay-küy salır" -deyə nazir A.M. Qorçaqov adına açıq diplomatiyaya dəstək Fondunda "Gələcək uğrunda dialoq" iştirakçılarının  önündə  çıxışı zamanı bildirib.

 Qərb dövlətləri rus qoşunlarını Ukrayna  sərhədləri yaxınlığıa cəmləməsindən narahatdırlar. Lakin RF-sı prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki,  Rusiya öz sərhədləri çərçivəsində hərbi birləşmələrinin yerlərini dəyişməsi məsələsində sərbəsdir və bu heç kimi narahat etməməlidir. "Bununla yanaşı ölkəmizin təhlükəsuzliyini təmin etmək məqsədilə,  regiona təhlükə gətirə biləcək istənilən ölkəyə qarşı tədbir görməyə də hazırdır"- deyə Kremlin sözçüsü əlavə edib.


3190 oxunub

InvestAZ