XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



Metroda qatarlar gecikdi, sərnişin sıxlığı yarandı - AÇIQLAMA
Gündəm 12:42 / 30.11.2021

Səhər saatlarından etibarən Bakı metrosunda qatarların hərəkətində problem yaşanıb. 

Yenisəs.az xəbər verir ki, problem səbəbindən qatarların intervalında gecikmələr müşahidə edilib. 

Buna görə də stansiyalarda sərnişin sıxlığı yaranıb. 

"Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, ehtiyat qatarların dalana verilməsi intervalın yaranmasına səbəb olub.

"Ehtiyat qatarlar metronun "Memar Əcəmi” və "Neftçilər” stansiyasında dalana verildiyi üçün onların hərəkətində interval yaranır. Bu əməliyyat əsasən səhər saatlarında baş verir”.(oxu.az)


2789 oxunub

InvestAZ