XƏBƏR LENTİ
16 Yanvar 2022
15 Yanvar 2022
12 Yanvar 2022



ŞAİRİN - Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:30 / 30.11.2021

("Bir qadına..." silsiləsindən)
İnciyib özü- özündən,
Qaçmır dodağı da, qaçmır...
Düşübdü sənin gözündən,
Külək də qapısın açmır -
Şairin...
Duası sönən şam olub,
Yağı süzülüb dibinə...
Şar tək üfürülüb, dolub
Qəm ,hətta dolub cibinə -
Şairin...
Bezdirib dörd bir tərəfi,
Utanır çəkdiyi ahdan...
Sevgidə tapıb şərəfin,
Yolu keçibdi günahdan -
Şairin...
Haqqı bəlli hər bir kəsin,
Qərarlıdı qaziliyə.
Allahına necə desin ,
Dili dönmür asiliyə -
Şairin!

3210 oxunub

InvestAZ