XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



“Soçidə bəzi məsələlərə məsələlərə aydınlıq gətirildi " - Tahir Razayev
SİYASƏT 17:06 / 29.11.2021

"Soçi görüşü Azərbaycan üçün müsbət nəticələndi. Liderlerin üçtərəfli görüşündə səsləndirilən fikirlər, qəbul olunmuş bəyanat tamamilə Azərbaycan Respublikası Prezidentinin mövqeyini və Azərbaycan xalqının istəklərini özündə əks etdirir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Rusiya münasibətlərinə çox böyük önəm verdiyini və bu münasibətlərin ildən-ilə genişlənərək sağlam məcrada davam edəcəyini diqqətə çəkdi:

” Hətta cənab Putin Azərbaycanda rus dilinin tədrisinə, rus məktəblərinin fəaliyyətinə görə Azərbaycan Respublikasına öz minnətdarlığını bildirdi. Əlbəttə, əlaqələrin genişləndirilməsi hər iki dövlətin xeyrinədir. Son illər Azərbaycan- Rusiya əlaqələri artıq strateji mərhələyə keçib və özünün demək olar ki, ən yüksək dövrünü yaşayır. Bu münasibətlər, əməkdaşlıq bütün sahələri, iqtisadiyyatı, ticarəti, nəqliyyatı, elmi, mədəniyyəti əhatə edir və ildən-ilə genişləndirilir. Bu, hər iki dövlət başçısının çıxışında aydın şəkildə ifadə edildi”.
Tahir Rzayevin sözlərinə görə, Soçidə qəbul olunan bəyanat Azərbaycan üçün çox önəmli və gələcəyə hesablanmış bir qərardır:
” Soçi görüşü mühüm məsələlərin müzakirəsi baxımından olduqca məhsuldar keçdi. Qəbul olunan bəyanatda sərhədlərin müəyyənləşməsinin vacibliyi diqqətə çatdırıldı və bununla əlaqədar tez bir zamanda üçtərəfli kommisiyanın yaradılmasına qərar verildi. Digər bir məsələ isə nəqliyyat və avtomobil yollarının açılması ilə bağlı verilən qərardır. Sözsüz ki, bu Zəngəzur dəhlizinin açılmasına işarədir. Burada heç bir maneənin olmadığı da açıq şəkildə bildirildi. Eyni zamanda qəbul olunmuş bəyanatda ” Dağlıq Qarabağ münaqişəsi” adlı ifadə səsləndirilmədi. Digər tərəfdən düşünürəm ki, əsir və girovların məsələsi Azərbaycanın daxili işi kimi qəbul edildiyindən gündəmə gətirilmədi. Bu məqamlar çox vacibdir. Soçi görüşündə iki dövlət arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə xarici ölkələrin təşəbbüsünə heç bir əsas olmadığı bir daha sübut olundu. Görüş zamanı bir dəfə belə olsun, Minsk qrupunun vasitəçiliyi qeyd edilmədi. Sözsüz ki, Soçi bəyanatı, çıxışlarda səsləndirilən fikirlər gələcəkdə sülhün əldə edilməsi, dövlətlərarası münasibətlərin normallaşmasına xidmət edir. Noyabrın 26-sı Soçidə imzalanan bəyanat tamamilə Azərbaycanın mövqeyini əks etdirir və Azərbaycanın bu məsələlərdə diktə edən, haqq-ədaləti dəstəkləyən bir dövlət olduğunu göstərir. Bəyanat ölkəmizin suverenliyinin möhkəmləndirilməsi və sərhədlərimizin təhlükəsizliyi baxımından çox vacibdir”.


3348 oxunub

InvestAZ