XƏBƏR LENTİ
25 Yanvar 2022
24 Yanvar 2022
23:49
23 Yanvar 2022
22 Yanvar 2022



Əbülfət MƏDƏTOĞLU :- «Vətən Kitabı»
Ədəbiyyat 14:26 / 26.11.2021


 

Hacı Əkbər Rüstəmovu Azərbaycanda hər kəs tanıyır. Qarabağda, Ağdamda təkcə özü yox, həm də tələbələri, eləcə də oğlu torpaqlarımızın işğalçılarına qarşı döyüş meydanında göstərdikləri şücaətlə onlar adlarını tariximizə yazıblar. Müəllimin öz yetirmələri ilə bir səngərdə olması ayrı bir mövzu, ayrı bir qəhrəmanlıqdı.

Bugünlərdə Hacı Əkbər Rüstəmovun növbəti kitabı işıq üzü görübdü. Kitab Birinci Qarabağ savaşının qəhrəmanları barəsindədir, onların döyüş yolundan bəhs edir. Özünün «Qapımı Vətən döydü» adlı ilk kitabının bir növü, davamı olan bu yeni kitabda da Hacı Əkbər Rüstəmov reallıqları, gerçəklikləri, yaşadığı və şahidi olduğu məqamı oxuculara bir ürək ağrısı ilə təqdim edib. Bu müəllifin keçdiyi döyüş yolunun sanki təkrar yaşamasıdı.

Düşünürük ki, əvvəlki kitabı kimi, dəyərli qazimizin, müəllimimizin bu kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq.


3429 oxunub

InvestAZ