XƏBƏR LENTİ
29 Yanvar 2022
28 Yanvar 2022
27 Yanvar 2022



Sadəlikdən, dürüstlükdən, dostluqdan zirvəyə ucalan addır – Şəhid Süleyman Allahverdiyev
MƏMLƏKƏT 13:12 / 26.11.2021

Qarşımda Şəhid atası əyləşib. Gözlərində qəm, həsrət parlayır. Övlad itkisi nədir, şəhid atası olmaq nədir, ümumiyyətlə həyat nədir insana başa salır. Ağırdır vallah ağırdır. Amma müdrik olmağa çalışırsan, taleyin acı sınağına qatlaşmaq, ona sinə gərmək ilahi bir gücdür.

Şəhid Süleyman Allahverdiyev! Sadəlikdən, dürüstlükdən, dostluqdan zirvəyə ucalan addır!

Süleyman Allahverdiyev 22 sentyabr 1996-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Əslən Ağdam rayonunun Xıdırlı kəndindəndir.

2002-ci ildə Bərdə rayonunda yerləşən Ağdam 67 saylı köçkün məktəbinə daxil olub. 2014-cu ildə orta məktəbi bitirib. Hərbi xidmətə yola düşüb. Aprel döyüşlərində iştirak edib. Subay İdi!

Uşağlıdan Vətən tərbiyəsi alıb. Böyüdükcə torpaq həsrəti ilə həyatı dərk edib. İkinci Qarabağ müharibəsi başlayanda artıq hər kəs başa düşmüşdü ki, bu hələ aprel döyüşlərində təməli qoyulan bir başlanğıcın yekunu idi. İtkilərimiz artıqca daha da qəzəblənirdik, düşməni məhv etmək naminə bu hirs bizi irəli aparırdı. Minlərlə Süleyman kimi mərd oğullarımız Vətən uğrunda canını tapşırdı. İtirdik... Amma qazancımız bütün Azərbaycan üçün əbədi tarixə qərq oldu.

Dostluq, yoldaşlıq xeyirdə də, şər də də özünü biruzə verir. Bir şeyə əmin oldum ki, Süleymanın şəhidlik zivəsinə ucalması onu istər əyani istər qiyabı tanıyan yoldaşları üçün təəccüb və ağır xəbər oldu. Amma təsəllimiz var, Süleyman Allahverdiyev ŞƏHİD oldu. Vətəni üçün, milləti üçün, xalqı üçün mərdcəsinə irəli atıldı. Qorxmadı. Sentyabın 30-u 2020-ci il tarixində könüllü olaraq müharibəyə yollandı. Vədə tanımadı, birbaşa işdən evə gəlib əynini geyindi və yollandı hərbi komissarlığa. Atası ilə görüşmək imkanı olmadı.. İçimizdə dərin bir narahatlıq və dünyamızda sanki bir sükut yarandı. Qayıdacaq, mütləq qayıdacaq. Müharibənin ilk günləri əlaqə saxlamaq imkanımız oldu. Ürəyimiz daha da rahatladı. İlk vaxtlar xəritədə ərazilərimizin geri alındığını izləyirdik: Kəndəbəkənd, rayonbarayon Amma müharibənin nə qədər davam edəcəyini bilmirdik. Bir tərəfdən sülhün bağlanması mövzusu gündəm oldu. Əmin idik ki, düşmən buna məcbur olub təslim olacaq. Əminidik ki, Qarabağı torpağın qarışına kimi alacağıq. Bir şeydən əmin deyildik, övladlarımız qayıdacaqmı?.. Müharbənin başlanmasından bir aydan biraz çox vaxt keçmişdi. Süleymandan xəbər ala bilmirdik. Amma gözləyirdik. Bir gün bizə zəng edəcək, xəbər göndərəcək. Bəlkə də elə qapını döyüb içəri girəcək deyə. Sonuncu ölən ümidlərdir misalı ürəyimizdə və zehnimizdə dərin iz buraxmışdı. Könüllü gedib heç bir xəbər vermədən evinə dönən əsgərlərimiz oldu. İtkin düşüb əsirlikdən qayıdan igidlərimiz. Xəbər alırdıq, dostlar tanışlar, tanışların tanışları Süleymanı axtarırıdıq. Bircə səsi, şəkli, və ya 3-4 saniyəlik zəng edib "Salam ana, salam ata, mən salamatam” deməsi kifayət edirdi.

Hələ arxa cəbhədə olarakən komandiri videosunu çəkmişdi. Döyüşdən sonra Hospitalda yatan gizir komandiri Süleymanın həmin kadrlarını atası Etibar əmiyə göndərdi. Sevincimizin həddi hüdüdu yox idi ilk baxışda. Amma ki...

Amma ki bu o deyildi. Sonra həmin gizirlə əlaqə saxladıq, yaralı vəziyyətdə hospitalda yatan komandir o kadrdan sonra fərqli istiqamətlərə bölündüklərini və ondan bu yana Süleymandan xəbər almadığını təssüf hissi ilə bildirdi. O an ürəyimizdəki nisgili anladı və artıq ümidlərimiz sönməyə başlayırdı. Amma hələ yaşayırdı. İlahi, ağır dərddir. Anaların ataların saçlarına ağ salan bu müharibədə nələr gördük.

8 Noyabr 2020-ci il. Gecə saatlarında müharibənin başa çatdığını və tərəflərin müqaviləyə imza atdığını xəbərini aldıq. Artıq Bütöv Qarabağ Azərbaycanın idi. Sevinirdik, 30 illik həsrətin başa çatdığını görmək.. Bəzilərinin bir vaxtlar "Bu torpaqlar qayıtmayacaq” ifadəsi bu qələbə ilə erməni mənfurları kimi cəhənnəmə qərq oldu. Tarix boyu bu günümüzü gözlədik. Şəhid anaları Qələbə sevincimizi bağışlasın deyərək bu yolda bayraqlarımızı bütöv Azərbaycanda dalğalandırdıq. Göz yaşlarımıza sevinc və kədər qarışmışdı. Bu qələbədən sonra Süleymanın yolunu daha çox gözlədik. Gecəmiz gündüzümüz yox idi. Müharibədən sağ qalan əsgərlərimizin evlərinə qayadacağı günü gözləyirdik. Lakin Süleymanın şəhidlik xəbəri ondan da tez gəldi. Artıq həyatdan heç bir gözləntilərimiz qalmamışdı. Şəhidimiz yaşadığı Bərdə

şəhərinə gətirildi. O an həyat dayanmışdı. Ana fəryadı, Atanın parçalanan dünyası, ürəklərimizi dağladı. Şəhidlik böyük bir zirvədir, onun bayrağa bürünmüş tabutunu daşımaq üçün yüzlərlə insan irəli atılırdı. Bizim üçün fəxarət, şərəf və an məsələsi idi.

22 dentyabr 2021-ci il. Şəhidimin cənnətdəki ilk doğum gününü qeyd etdik. Burada yenə hüzün bizi tək qoymadı. Sevinc və xoşbəxtlik tərk etmişdi bizi. Amma qəlbdən doğan fəxarətlə dolu duyğular var idi. Xatırlayanlar, doğmalar iştirak etdi. Soyuqqanlı olmağa çalışdıq amma soyumadıq, unutmadıq, heç bir zamana unutmayacağıq. İnsan ömrü natamam və qəfildir. Harda bitəcəyini bilmədən yaşayırıq. Bu bir alın yazısısıdır, oxuya bilmədiyimiz, amma yazılan aılın yazısı. Allah bütün şəhdlərimizə rəhmət eləsin, döyüşdən sağ qayıdan qazılərimizə möhkəmlik, güc və sağlıq versin.

Bu 44 gündə minlərlə övladlar dünyaya gəldi, minlərlə vətən keşiyini cəkəcək əsgərlərimiz dünyaya gəldi. Süleymanla birlikdə neçə əsgərimiz eyni gündə şəhid oldu. Unutmayın, növbəti onillər də, yüz illər də, bəlkə də minillər də şəhidlərimizin varlığı hiss ediləcək. Şəhidlər başucalığıdır, şəhidlər fəxarət hissidir, şəhidlər içimizdə alışan qürur, şərəf və vətən hissidir.

 

26 NOYABR, ŞƏHİD SÜLEYMAN ALLAHVERDİYEVin xatirəsinə!

 

Rüfət Soltan


6651 oxunub

InvestAZ