XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Lavrov və Mirzoyan Azərbaycanla sərhəddəki son durumu müzakirə etdilər
DÜNYA 21:35 / 24.11.2021

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Yenisəs.az Teleqraf.com-a istinadla  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan - Ermənistan sərhədindəki son vəziyyəti müzakirə ediblər. Lavrov və Mirzoyan həmçinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvarda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanatlarda göstərilən öhdəliklərin yerinə yertirilməsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.


527 oxunub

InvestAZ