XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Azad edilmiş ərazilərdə müasir sosial xidmətlər infrastrukturu qurulacaq - Nazir müavini
MƏMLƏKƏT 21:32 / 24.11.2021

İşğaldan azad edilmiş ərazilərdə müasir sosial xidmət infrastrukturunun qurulması, reabilitasiya, peşə hazırlığı müəssisələrinin yaradılması təmin ediləcək.

Yenisəs.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin ərazilərdə məşğulluğun təmin olunması və kiçik bizneslərin yaradılması üçün geniş özünüməşğulluq proqramları icra olunacaq.

"Nazirliyimiz post-müharibə dövründə çox ciddi sosial dəstək proqramları həyata keçirib. Bu proqramlar şəhid ailələrini, müharibə əllilərini, müharibə iştirakçılarını, erməni terrorundan əziyyət çəkən insanları əhatə edir. Post-müharibə dövründən bu günə qədər qeyd etdiyim kateqoriyadan olan 33 min vətəndaşımıza 41 mindən artıq xidmət göstərilib. Şəhid ailələrinə, müharibə əlillərinə sosial dəstəkdən danışarkən ilk növbədə qarşıda onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dayanır” - deyə, nazir müavini bildirib.



1567 oxunub

InvestAZ