XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Paşinyan: “Bakı və İrəvan arasında artıq əlaqə yaranıb”
SİYASƏT 08:57 / 24.11.2021

Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıb.

Yenisəs.az Teleqraf.com -a istinadla  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır” deyə Paşinyan əlavə edib.

"Deyə bilərəm ki, artıq əlaqə yaranıb. Mən bunu yüksək qiymətləndirirəm. Bu çox vacibdir” deyə Ermənistanın Baş naziri vurğulayıb.


431 oxunub

InvestAZ