XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Sevinc Qasımova : - Şərəfli yol
Elm 16:47 / 20.11.2021


       Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfərin bir illiyini qürurla qeyd etdiyimiz bu günlərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq, və metodika kafedrasının kollektivi növbəti yubiley sevincini yaşayır. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyi, eləcə də, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının yaradılmasının 40 illiyi münasibətilə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatcılığı ilə noyabrın 17-dən 19-na qədər keçirilən respublika elmi konfransı yaddaqalan oldu. "Müstəqilliyin 30 illiyi: Tarixşünaslıq və mənbəşünaslıq elminin uğurları və perspektivləri” mövzusunda konfrans səmərəli təşkili, rəngarəngliyi və zəngin yubilley ovqatı ilə seçildi.  Azərbaycan tarix elminin inkişafında tarixşünaslıq və mənbəşünaslıq üzrə tədqiqatların aparılmasınin vacib əhəmiyyəti, tarixşünaslıq və mənbəşünaslıq elminin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi, ələlxüsus da, ermənilərin Qarabağ və Azərbaycanın digər əzəli torpaqlarının real tarixinin təhrifi ilə bağlı sayagəlməz uydurmalarının üzə çıxarılması və beynəlxalq ictimaiyyətə qədərincə çatdırılması baxımından respublika elmi konfransının keçirilməsi aktual xarakter daşıyırdı.

       Konfransa respublikamızın müxtəlif elm ocaqlarından - AMEA Tarix İnstitutu, Əlyazmalar İnstitutu, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Xəzər Universiteti və Milli Azərbaycan Tarixi Muzeyindən çoxsaylı tezislər qəbul edilmişdir. Adı çəkilən müəssisələrin professor-müəllim heyəti, elmi işçiləri, doktorant, dissertant, magistrant və tələbələrinin də yaxından qatıldıqları yubiley tədbiri onlayn qaydada Microsoft Teams platforması üzərindən üç gün ərzində 6 bölmə iclası şəklində gerçəkləşmişdir. Tədbiri giriş sözü ilə Tarix fakültəsinin dekanı  professor İbrahim Zeynalov açmışdır.  Konfransda Qarabağ müharibəsi, 44 günlük müharibədə şəhid olan BDU-nun məzun və tələbələrinin həyatını əks etdirən məqalələr xüsusi maraq doğurmuşdur. Toplantıda Qarabağ müharibəsi şəhidlərinin, o cümlədən, konfransın keçirildiyi günlərdə dövlət sərhədində ermənilərin növbəti təxribatlarının qarşısını layiqincə alaraq mənfur düşmənə bir daha ibrət dərsi verən igidlərimizdən şəhid olanlarının əziz xatirəsi xüsusi ehtiramla anılmışdır. Konfransda  mənbəşünaslıq və tarixşünaslıq elminin aktual problemlərinə dair millət vəkili, Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri professor Anar İsgəndərov, Qafqaz xalqları kafedrasının müdiri professor İradə Hüseynova, eləcə də, BDU-nu və respublikamızın müxtəlif elm ocaqlarını təmsil edən tanınmış alimlərdən Fazil Baxşəliyev, Məhəbbət Paşayeva,  Yeganə İsmayılova, Tahirə Həsənzadə,Tofiq Nəcəfli, Ramin Əlizadə, Ziyad Əmrahov, Faiq Ələkbərli, Nasir Quluzadə, Ruxsarə Quliyeva və Nurlan Nəsirovun çıxışları rəgbətlə qarşılanmışdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əməkdaşlarından dosentlər Səidə Əli qızı, Mətanət Məmmədova, Sevinc Qasımova, Səidə Quliyeva, Rəna İbrahimova, Sevda İsmayılova, Arifə Adıgözəlova, Elvira Lətifova, Aydın Məmmədov, Samir İsmayılov, Ülviyyə İbrahimova, Nurlan Abbasov, Dəyanət Musayev, Nərminə Əmirbəyova, Samir Baxşəliyev, t.ü.f.d. Elşən Aslanov, müəllim Kəmalə Məmmədova, t.ü.f.d. Zəhra İslamova, Gülnarə Abid, Ulduz Paşayeva, Azərbaycan Televiziyasının müxbiri Samir Orucov,  gənc və istedadlı müəllimlərdən t.ü.f.d. Zərifə Nəzirli, Nəsibə Mirzəyeva və doktorantlardan Sürəyya Allahverdiyeva, Sevinc İbadova, Ləman Əsədzadə, Bahar Ağayeva, Balamirzə Məmmədli, Natiq Aşurov, Aynur Orucova, Səkinəxanım Məmmədova, Ədiqə Mustafayeva, Sevinc Abbasova və digər çıxışçıların aktual və maraqlı məruzələri dinlənilmişdir. Yubiley  tədbirinin yekununda gələcəkdə belə konfransların beynəlxalq səviyyədə keçirilməsi tövsiyyə edilmişdir. Bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə hərtərəfli dəstək verən BDU-nun  rektoru dosent Elçin Babayev Tarix fakültəsinin səmərəli fəaliyyətini xüsusi vurğulayaraq kollektivə yeni- yeni uğurlar arzulamışdır.

                                               BDU-nun dosenti Sevinc Qasımova


4663 oxunub

InvestAZ