XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



İsmayıllıda qanunsuz cüyür və porsuq ovlayan şəxs saxlanılıb - FOTO
KRİMİNAL 14:21 / 12.11.2021

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bizlan kəndinin meşə ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan    Yenisəsaz-a verilən məlumata görə, həmin şəxsin Bizlan kənd sakini Ravil Hümbətov olduğu müəyyən edilib və o, Polis Şöbəsinə gətirilib.Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan bir ədəd "İJ” markalı ov tüfəngi götürülüb. Davam etdirilən tədbirlərlə R.Hümbətovun işlədiyi ət mağazasından qanunsuz ovlayaraq satmaq məqsədilə saxladığı 1 baş cüyür və 3 porsuq da aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


3033 oxunub

InvestAZ