Müsahibimiz
Birinci Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis polkovniki Vahid
Əliyevdir. Vahid Əliyev Azərbaycan Dillər Universitetinin əməkdaşıdır. Uzun illər
Daxili İşlər Nazirliyinin polis orqanlarında çalışıb. Xidməti illərindən Ağdam,
Füzuli, Laçın və Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak
edib.
-Vahid müəllim, müharibə nə deməkdir? Sizcə müharibənin
səbəbləri və məqsədləri nələrdi?
-Müharibə
arzu olunmaz, dəhşətli hadisədi. Dərhal göz önünə çox sayda ölənlər və
yaralananlar, dağıdılmış məmləkətlər, regionlar, şəhərlər, kəndlər və sair yerlər
gəlir. Bu da dövlətlər, tayfalar, siyasi
qruplar arasında , onların mütəşəkkil hərbi birləşmələri arasında gedən döyüşlərin
nəticəsidir.
Ermənistanla
bizim aramızda gedən müharibəni belə də
qiymətləndirmək olar . Ermənilər işğal etdikləri əraziləri bizdən qoparıb öz
havadarlarının köməyi ilə mövqelərini müharibə yolu ilə bizə diktə edib qəbul
etdirmək istəyirdilər. Şükürlər olsun
ki, müzəffər Azərbacan ordusu onların bu arzularının üstündən bir dəfəlik xətt çəkdi.
-
Birinci Qarabağ müharibəsində itkilərimizin əsas səbəblərini
nədə görürsünüz?
-
Əvvəla
onu qeyd edim ki, mənfur qonşular bu muharibəyə hazırlaşırdılar. Havadarları
onları hər cür hərbi silahlar və
texnikalar ilə kömək edirdilər. SSRİ
MK rəhbərliyi tərəfindən onlara gizli vədlər
verilirdi. Bu da seperatçı meyilləri daha da gücləndirirdi. Yadınıza düşürsə, 7
dekabr 1988- ci ildə Spitakda baş verən zəlzələdən sonra separatçı meyillər
daha da qızışmağa başladı.
Həmin vaxt ABŞ-da səfərdə olan MK Baş
Katibi M. Qorbaçovun səfərini yarımçıq
qoyub Ermənistana gəlməsi seperatçıları daha da ruhlandırdı. Zəlzələ nəticəsində
25000 dən çox insanın ölümü ermənləri maraqlandırmır, onlar Qarabağın Ermənistana verilməsini ondan
tələb edirdi.Azərbaycanlıların Ermənistan ərazisindən köçü məhz həmin
vaxtlardan başlandı. Mən onda Qazax rayonunun ərazisində Ermənistanla sərhəddə
yerləşən Uzuntala adlanan DYP postunda idim. O vaxt DİN-n mülki müdafiə qərargahının rəsi T. Kərimov və bizim
əməkdaş R. Rəsulzadə ilə birlikdə Ermənistandan yük avtomobillərində gələn köçləri
Azərbaycanın regionlarına yola salırdıq.
Qaldı
ki, sualınıza onu deyə bilərəm ki, çox çətin
durum idi, mümkün qədər xalqı tərkisilah etmişdilər. Xalqı qorxu içərisində
saxlayırdılar. Ermənilərə qarşı hər hansı bir hərəkətə icazə verilmirdi . Müəyyən
hərəkət edənlər də dərhal cəzalandırılırdı.Bizim ordumuz , ordu birləşmələrimiz
yox idi.Ən əsası vahid rəhbərlik yox idi. Pərakəndəlik baş alıb gedirdi.Könüllü
müdafiə dəstələri vardı. Onlarında hərbi peşəkarlığı yox dərəcəsində idi.Hər
silah atan peşəkar hərbiçi ola bilməz, o ayrı bir anlamdı.Yeganə mobil və
silahlı qurum Azərbaycan polisi idi. Baxmayaraq ki, polislə ordunun ayrı-ayrı
funksiyaları var, ancaq belə bir çətin
vaxtda onlar vətənimizin ərazi bütövlüyü
uğrunda ermənilərlə savaşa qalxdı.Polislə yanaşı bizim vətənpərvər, cəsur, mərd
oğullarımız vardı ki, onlar da özləri
yaratdığı müdafiə dəstələri ilə mənfur, azğın düşmənə qarşı qəhrəməncasına
vuruşurdular.
Ulu
öndər, Ümumimilli lider, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan polisinin
indiki Heydər Əliyev sarayında keçirilən 2002- ci il 2 iyul tarixində " Azərbaycan
polisi” gününə həsr olunmuş təntənəli mərasimdə iştirak edərək Qarabağ
savaşında vuruşmuş Azərbaycan polisinə yüksək qiymət verərək belə demişdir: ”
Qarabağa iddia başlayanda ön cərgədə polis idi. Polis idi döşünü irəliyə verən,
polis idi vuruşan .O vaxt ordu yox idi, ordu hissələri də yox idi, polis idi.
Minə yaxın polis işçisi torpaqların müdafiəsi uğrunda Qarabağda şəhid olublar”.
-
Qələbəni şərtləndirən əsas amillər nələrdi?
-
Birinci
bizim işimiz haqq işidi.Sonra BMT-in məlum 4 qətnaməsi,dünya dövlətlərinin Azərbaycanın
ərazi bütövlüyünün tanıması və dəstəkləməsi, güclü və planlı şəkildə müasir
ordu quruculuğu, hərbiçilərimizin peşəkarlığı, cəsurluğu,qəhrəmanlığı, müasir
texniki təchizatı, həm də döyüşçülərimizin vətənpərvərlik hissi, xalqına, torpağa bağlılıq və sair. Ən əsası
Xalq-Prezident -Ordu vəhdəti, birliyi qələbədə
əsas rol oynadı. Bunlarla yanaşı ən prioritet və qarşıda duran vacib məsələlərdən
biri ernənilərə dayaq olan ölkələrlə informasiya savaşında qalib gəlmək idi.
Ali Baş Komandanın fitri istedada və dərin diplomatik bilgilərə malik olması
bizi informasiya savaşında da qalib etdi.
-
44 günlük Vətən müharibəsində ordumuzun uğurlarının
əsas istiqamətlərini necə təsvir edə bilərsiniz?
-
Birinci
onu qeyd edim ki, 30 il ərzində ermənilər öz xarici lobbiləri və havadarları ilə
birlikdə vətənimizə qarşı aparılan işğalçı müharibəyə don geyindirərək dünya ictimaiyyətini daim
çaşdırmaqla məşğul olmuşlar.Erməni ordusunu cəsur döyüşkən ordu kimi təbliğini
aparmışlar. Eyni zaman işğal dövründə bizim torpaqlarda yaratdıqları hərbi mühəndis
texniki qurğuların və sədlərin "keçilməz” olduğundan ağız dolusu danışırdılar.
Müharibənin ilk günlərində peşəkar, cəsur, döyüşkən Azərbaycan ordusu Ali Baş
komandanının rəhbərliyi altında erməni ordusunu bu sədlərini darmadağın etdi.
Müharibənin gedişatında ən önəmi hərbi faktlardan bir XXI əsrin savaşını aparan
Azərbaycan ordusu erməni ordusunun bütövlükdə hərbi texnikasını məharətlə
darma-dağın edərək düşmən ordusunu iflic
vəziyyətinə saldı və bu da savaşda qələbənin əsasını qoydu.
Bu
qələbənin şah əsəri Şuşa şəhərinin azad olunmasında sıldırımlı qayalardan keçərək
əlbəyaxa döyüşlərində qəhrəmancasına vuruşan fiziki cəhətdən sağlam və güclü
olan peşəkar, igid, cəsur mərd, ərən hərbiçi
oğullarımız tərəfindən yazıldı.
-
Hərbidə bir əsgərə lazım olan əsas keyfiyyətlər
hansılardı?
-
Əsgərin
əsas vəzifəsi vətən torpağını xarici və
daxili təhdidlərdən qorumaqdır. Əsgəri
anda sadiq qalmaqdır.
Ona
təhkim olunmuş silah-sursatdan, döyüş texnikasından və digər hərbi
texnikalardan istifadə qaydalarını mükəmməl bilməlidir, davranış qaydalarına
riayət etməlidir, hərbi borcunu yerinə yetirməlidir, fiziki cəhətdən sağlam və
güclü olmalıdır, lazım gələrsə canından keçməlidir, döyüşçü yoldaşlarına sadiq qalmalıdır, çətin durumda
onlara kömək etməlidir, dövlət sirrini məxfi saxlamalıdır, nizam-intizama riayət
etməli, komandirin tapşırığını yerinə yetirməlidir.
-
Oxuculara,
xüsusilə gənc oxucularımıza sözünüz...
-
Bu
möhtəşəm qələbə münasibəti ilə xalqımızı, mən Azərbaycanlıyam deyən hər bir kəsi
təbrik edirəm. Zəfər bayramınız mübarək olsun. Gənclərmizin vətənpərvər ruhunda
böyüməyini, sağlam, savadlı, bilikli olmağını, Azərbaycanın dəyərli vətəndaşı kimi öz valideyinlərinə və
soy kökünə layiqli övlad olmağını arzulayıram.
-
Söhbətləşdi:
Tural Cəfərli