XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Tovuzda ana azyaşlı oğlu ilə itkin düşdü – Foto
KRİMİNAL 15:45 / 10.11.2021

Tovuzda ana və 5 yaşlı oğlu itkin düşüb.

Bu   barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Tacirə Aslanova və onun övladı - 2016-cı il təvəllüdlü Nihat Quliyev oktyabr ayının 30-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Həmin əlamətləri belədir: Boyu 155 sm, saçları sarı rəngdədir, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli köynək və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - deyə mətbuat xidmətindən bildirilib.



2910 oxunub

InvestAZ