XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Bakıda avtoxuliqanlıq edən sürücülər ağır qəzaya səbəb oldu: Yeddi maşın əzildi - VİDEO
KRİMİNAL 12:02 / 05.11.2021

Bakının Nəsimi rayonunda yeddi avtomobilin əzilməsi ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Hadisə gecə saatlarında "Memar Əcəmi” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Zəncirvari qəza zamanı "Toyota”, "Renault”, "Mercedes”, "Toyota Prado”, "KİA” və iki "Hyundai” markalı nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. 

Hadisə zamanı bir nəfər xəsarət alıb. Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, belə bir hadisə baş verib və bir nəfər xəsarət alıb:

"Hadisə avtoxuliqanlıq zəminində baş verib. Hadisə zamanı nəqliyyat vasitələrində olan hərəkət iştirakçılarından biri diz qapağından zədə alıb. Əraziyə baxış keçirilib və toplanılmış materiallar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən ibtidai istintaqın aparılması üçün Nəsimi Rayon Polis İdarəsinə təqdim edilib. Araşdırmalardan sonra hadisəyə hüquqi qiymət veriləcək. 

İlkin məlumatlara görə, qəzaya "Hyundai” və "Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib. "Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol-nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”. 


2386 oxunub

InvestAZ