XƏBƏR LENTİ
10 Avqust 2022
09 Avqust 2022



Daha 11 erməni hərbçinin cəsədi təhvil verildi
KRİMİNAL 20:09 / 02.11.2021

Azərbaycanın işğaldan azad edilən ərazilərində daha 11 erməni hərbçinin cəsədi aşkar edilib.

Bu barədə  Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Məlumata görə, aşkarlanan erməni hərbçilərin cəsədləri "Qırmızı bazar" ərazisində Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.

Bununla da indiyə kimi erməni tərəfinə təhvil verilən cəsədlərin sayı 1697 olub.(trend)


11460 oxunub

InvestAZ