XƏBƏR LENTİ
29 May 2022
28 May 2022
27 May 2022



Akif Aşırlı: "Bizdə formalaşmış yazı mədəniyyəti artıq yerini mesaj, status jurnalistikasina buraxıb"
MÜSAHİBƏ 14:43 / 29.10.2021


"Şərq" qəzeti  özünün 25  yaşını qeyd edir.Bu  münasibətlə qəzetin baş redaktoru Akif Aşırlı"Adalet.az"-a  müsahibə  verib.Həmin müsahibni  bizd

təqdim edirik.


Noyabrın 1-də Azərbaycan mətbuatında öz dəsti xətti ilə seçilən "Şərq” qəzetinin 25 yaşı tamam olur. Qəzetin əsası 1996-cı il noyabrın 1-də  jurnalist Akif Aşırlı tərəfindən qoyulub. Bu gün ölkədə nəşr olunan qəzetlərə diqqət yetirəndə görürük ki, bir zamanlar qəzet bumu yaşanan Azərbaycanda bu gün cəmi 5-6 qəzet çap olunur. 5-6 sözünü elə belə yazmıram, söhbət qəzetçilik mədəniyyətini özündə ehtiva edən nəşrlərdən gedir. Ona görə də, bu gün saysız-hesabsız çətinliklərin fonunda bu işə canını qoymuş "fədai” qəzetçilərə təşəkkür düşür. Oxucuların, auditoriyanın  əvvəlki illərə nisbətən az olmasına, son dönəmdəki proseslərin və  internet medianın sürətli inkişafına baxçayaraq bu gün qəzet çıxarmaq bir qəhrəmanlıqdır.  Və "Şərq” qəzeti belə bir şəraitdə bu gün də öz fəaliyyətini, oxunaqlığını qoruyub saxlaya bilib. Bu gün metroda, ictimai nəqliyyatda, yaxud başqa bir yerdə insanların əlində "Şərq” qəzetini görəndə həmkarlarımızın uöuruna sevinirik. Bundan sonra da "Şərq” qəzetinin uzu illər  yaşayacağına və inkişafına bizim heç bir şübhəmiz yoxdur və bu işdə dostlarımıza uğurlar arzulayırıq!

Yubiley ərəfəsində "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə görüşüb söhbətləşdik və maraqlı bir müsahibə alındı.

 

Mətbuat o dövrdə həqiqətən 4-cü hakimiyyət idi...

 

-Akif müəllim, noyabrin 1-də Şərq qəzetinin ilk nömrəsinin işıq üzü görməsinin 25 ili tamam olur. Bu münasibətlə "Ədalət” qəzetinin adından sizin timsalınılzda "Şərq”  qəzetinin bütün kollektivini təbrik edirəm!  Yubuleyi hansı təssüratlarla qeyd edəcəksiniz?

- 25 il az vaxt deyil, bir igidin ömrüdür. 90-cı illərdə Azərbaycanda qəzetlər arasında böyük rəqabət mövcud idi, arxasında yüz minlərlə oxucu kütləsi olan nəhəng müstəqil yaxud partiya orqanları olan qəzetlər vardı, hansılar ki, indi tarixə qovuşublar. Onların sırasına biz o vaxt müstəqil qəzet olaraq daxil olduq. Onu da deyim ki, bu qəzetlərin arasında həmin dövrdə yerimiz o qədər də rahat deyildi. Hər gün bir qəzet çıxırdı, amma köşklərin qarşısında növbələr vardı. O dövrdə qəzetə maraq, insanların qəzet oxuma adəti vardı. Mətbuat o dövrdə həqiqətən 4-cü hakimiyyət idi. Baxmayaraq ki, 90-cı illərdə qəzetlərdə reklam olmurdu, amma satışdan əldə olunan vəsaitin hesabina pul vardı. Kollektivi də yaxşı yaşatmaq olurdu, vəziyyətə uyğun adekvat davrana bilirdik. O dövrdə qəzetlərin sayı çox olsa da, böyük rəqabtin olması yazılardakı keyfiyyətə də müsbət təsir edirdi. Rəqabət qəzetlər arasında deyil, redaksiyadakı jurnaıistlə arasında da gedirdi. Bir redaksiyada azı 30-40 işçi olurdu. Bəzən olurdu ki, juirnalistlərin yazılarına yer tapa bilmirdik. Bizim ən böyük tirajımız  gündəlik 28 min olub. Qəzetlər saat 12-dək satılıb qurtarırdı, bəzən insanlar gəlib redaksiyada arxiv üçün saxlanılan qəzetlərin üzünün surətini köçürürdülər. Bundan başqa "Gənclik” metrosunun yaxınlığında  "Qasid”in  bir anbarı vardı, geri qayıdan qəzetləri ora yığırdılar. Onun qarşısında şox vaxt növbə olurdu. Belə günlərimiz vardı...

- Mən o günlərdə gəlmişəm mətbuata, heyif ki, az gördüm...

- Bəli, qəzetçiliyin gözəl günəri vardı. Təəssüf ki, rəqəmsal jurnalistikaya keçid bu sahədə problemlər yaratdı. Saytların, yeni mediyanın yaranması, digər amillər bütün dünyada olduğu kimi, Azərbaycan da da qəzet sənayesineə təsir elədi. Biz Avropa ılkələrinə tez-tez gedib gəlməsək də, bildiyim qədərilə orda qəzetlər bizdəki kimi acınacaqlı vəziyyətdə deyil. Türkiyədə, Rusiyada, İranda və Allahın bədbəxt Ermənistanında çoxlu qəzetlər çıxır. Rusiyada, Türkiyədə qəzetlər öz tirajını və istimai rəyə təsiri imkanını qoruyub saxlayıb. Doğrudur, internetin qəzetlərin yox olmasında böyük təsiri oldu. Amma əsas bu deyil. Müəyyən obyektiv və subyektiv səbələr var ki qəzetlərin cap prosesine mane oldu.  Hardasa 15-16 il əvvəl Azərbaycanda təbliğat aparıldı ki, dünyada qəzetlər sıradan çıxır, kağız formatindan digital formaya kecir. Bu təbliğatq əzetlırin əleyhinə çevrildi. Bu anti-təbliğat kampaniyası qəzet sənayesinə mənfi təsir elədi. Müəyyən müzakirələr aparılırdı ki, qəzetçilik qalsın ya yox... Necə yəni, qalsın, qalmasın nədir?..

 

Yaxşı ki, onlar var, yeni yaranan süni rəqəmsal dilə qarşı mübarizə aparırlar.

 

- Rəqəmsal jurnalistika yazıların keyfiyyətini də aşağı saldı...

- Mən bu gün klaissik qəzetçilik üçün çox darıxıram. Bu gün saytların timsalında, digital mediyanın timsalında yeni yazi dili formalaşıb. Bizdə formalaşmış yazı mədəniyyəti artıq yerini mesaj, status  jurnalistikasina buraxıb. Sosila şəbəkələrdə necə status yazılırsa, artıq saytlarda da həmin üslubdan istifadə olunur. Vatsap üzərindən kimsə necə mesajlaşirsa, həmin yazı dilini saytda yazı yazanda istifadə edir. Bu da əlbəttə ki, bədii- publisistik irsi sıradan çıxarır. Deyim tərzi, yazı tərzi, hətta vurğular dəyişib. Bu da klassik jurnaşistikanin sıradan çıxması deməkdir. Bu gün cəmiyyətimiz nədən narazıdır? Deyirik ki, səviyyəli peşəkar jurnalist az qalıb. Bunun əsas səbəbi maliyyə azlığıdır. Bu gün normal jurnalistika ilə məşğul olmaq üçün mühit yoxdur. Adam ürəyi istədiyi pulu qazana bilmir ki, ürəyi istədiyi yazını yazsın. Gənc jurnalistlər gəlir yetişdiririk, peşəkarlaşır, ama maddi vəziyyətinin yaxşı olmaması səbəbindən başqa sahəyə üs tutur. Jurnalistikadan qazandığı pulla öz həyatını qura bilmir. Bu gün analiz etsək görərik ki, ən çox 90-cı illərdə jurnalistikaya gələnlərin sosail şəbəkədə yazdıqları statuslar da istimai-siyasi əhəmiyyəti baxımdan fərqlənir, 2000-ci illərin ortalarından bəri jurnalistikaya gələnlərdən seçilirlər. Yaxşı ki, onlar var, yeni yaranan süni rəqəmsal dilə qarşı mübarizə aparırlar. Bir məsələni də deyim. Bu gün yenidən qəzetlərin kütləvi surətdə bağlanmaq xəbəri dolaşır. Doğrudur, bu gün dövlətdən yardım almasaq,  bizim çap olunmağa imkanımız olmayacaq. 3-4 ay öz hesabimiza davam gətirə bilərik. Amma bu da müvəqqəti olar. Ona görə də, inanmiram ki, dövlət bu gün qəzetlərə maddi yardımını dayandırsın. Azərbaycan dövləti müharibəni qələbə ilə başa vuran güclü dövlətdir. Necə olur ki, qonşu ölkələrdə, hətta acından ölən Ermənistanda qəzetlər yaşayır, bizdə yox?.. Ona görə də, qəzetlərin kütləvi surətdə bağlanacağı barədə yayılan xəbərlər təxribatdır.

- Malyyədən danışdınız, "Şərq”qəzeti artıq rəngli çıxır. Bunun satışa təsiri varmı?

- Məncə qəzetlərin satışı onun rəngindən deyil, bu satışı necə təşkil etməkdən asılıdır. Yadıma gəlir, gündəlik 60 səhifə çıxan qəzetlər vardı ağ-qara formatinda. Qəzetlərin ortadan qalxmasının ən böyük səbəbi qəzet yayimi şəbəkəsinin dağılması oldu. Ölkədə yayım şəbəkəsi yoxdur. Baki şəhərində qəzetin yayımıi üçün yer tapa bilmirik. Yəni istehsal etdiyimiz məhsulu bazara çıxara bilmirik.

- Bəs "Azərmətbuatyayım”, "Qasid, "Qaya”?

- Bizim vaxtilə özümüzün 27 nəfər işçisi olan yayım şəbəkəmiz vardı. "Qasid”in 480 köşkündən cəmi 10-u qalıb. "Azərmətbiatyayım”ın da sadəcə adı qalıb... Yəni imkanları əvvəlki qaydada deyil. "Qaya” bizim əbunələrimizə qəzetlərin poçtalyon vasitisil daşınmasını təşkil edir. Ən çox da pul aldığımız "Qaya”dır. Onlarin özündə də maliyyə problemi var, artıq bir neçə aydır, "Qayadan” pulumuzu ala bilmirik. Şəhərdə guiya yeni qəzet köşkləri quraşdırdılar. Orda qəzetdən başqa hər şey satılır. Əvəllər yenə heç olmasa köşklərin qarşısına qəzetləri qoyurdular. İndi artıq necə bağlı şəkildə gəlir, əziyyət şəkib hec onları da açıb piştaxtaya düzmürlır. Necə gəlib elə də qaytarırlar. Oxucu da baxır ki köşkün qabağında qəzet düzülməyib gedib heç soruşmur. Amma əvvəllər yadınıza gəlir, satıcılar bütün qəzetlərdəki materiallarla taniş olurdular, manşetləri deyirdilər. Əldə qəzet satışının da böyük təsiri vardı qəzetlərin satışına. Rusiyada qəzet sənayesi ona görə hələ də özünü saxlayır ki, poçt sistemi güclüdür. Qəzeti poçtalyon hara qoyur, poşt qutusuna. Azərbaycanda isə nadir hallarda görərsən ki, hansısa binada poçt qutulari qalıb. Poçt qutularinin ləğvi qəzetlərə zərbə vurdu. Yeni tikilən binalarda da poçt qutuları  nəzərdə tutulmayıb. Qəzetçiliyi məhv etməklə mütaliə mədəniyyətinə də böyük zərbə dəydi. Son zamanlar kitaba marağı artırmaq üçün bəzi layihələr həyata keçirilir. Dövlət də müəyyən mənada bu layihələrə dəstək verir. Təəcüf ki, qəzetlə bağlı bu kimi istəklərimiz həyata keçmir.

- Akif müəllim, kollektivi yubileydə hansı sürprizlər gözləyir?

- Bizim həmişə ad günü ərəfəsində kollektivimizin üzvləri ücün mükafatlarımız olub. Jurnalistlərimizin ad günlərini də heç vaxt unutmamışıq. Amma indi yalandan nə deyim? Bu dəqiqə imkanlarımız o qədər kasaddır ki... Bizim böyük heyətlə yubiley məclisləri etdiyimiz vaxtlarımız çox olub. Bu dəfə özümüz üçün dar çərçivədə bir məclis düşünürük. İndiyədək  "Şərq” qəzetindəə jurnalistər və

 texniki işçilər də daxil olmaqla 180 nəfər çalışıb. Bunlardan bəziləri bu gün başqa sahələrdə işləsələr də biz onları unutmuruq. Hamını təbrik edəcəyik. bütün keçmiş işçilərimiz bilir ki, noyabrın 1-də "Şərqin” yubuileyidir. Gələnləri geri qaytarmayacağıq ki. Amma şox istərdik ki, hamını bir yerə yığıb böyük tədbir keçirək, necə ki, əvvəllər 100-150 nəfərlik yubuleylərimiz olub... Bu dəfə də ad günümüzə qədər bəzi layihələrimiz olacaq. Dünən gedib Zabratda "Xəyal adaları”nda 25 nar agacı əkdik. Ekologiya Təbii Sərvətlər Nazirliyi sağ olsun ki, bizə buna imkan yaratdı. İstədik ki, 25 illik yubileyimizdən bir yadigar qalsın. Sizə də təşəkkür edirəm ki, diqqət göstərdiniz. Həmişə demişəm ki, Aqil Abbas bizim ocaq qonşumuzdur. O mənada ki, "Şərq”də bir problem olanda "Ədalət” onun yanında olub. Əvvəllər qəzetin səhifələrini nəşriyyatlara "plyonka”da verirdik. Bəzən olurdu ki, "plyonka”mız qurtarırdi, bilirdik ki, "Ədalət”dən alacağıq. Yalan olmasın 1 ay "Ədalət”in katriclərindən istifadə etmişik. Öz katricimiz zəif idi, almağa da pulumuz yox, Aqil Abbasa dedik, o dəqiqə işçilərə dedi ki, "Şərq”in plyonkalarını çap edin. Yaxud "Ədalət”də nəsə problem olanda bizim uşaqlar yardım edirdilər. Ona görə deyirəm ki. "Ədalət” qəzeti ilə ocaq qonşusu olmuşuq.   

İltifat HACIXANOĞLU


9922 oxunub

InvestAZ