XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Azərbaycanda dəhşət: Bir ailə yanaraq öldü
KRİMİNAL 09:43 / 28.10.2021

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumat qəbul edilən kimi nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlk yanğınsöndürmə avtomobili saat 04:27-də hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.

Yanğın nəticəsində ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1990-cı il təvəllüdlü Məmmədov Bahəddin Qəşəm oğlu, 2007-ci il təvəllüdlü Məmmədov Turqay Bahəddin oğlu və 2012-ci il təvəllüdlü Məmmədova Mələk Bahəddin qızının meyitləri aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


627 oxunub

InvestAZ