XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



SƏNLİ SƏHƏRİN ŞEİRİ -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:47 / 28.10.2021

Açılan bu səhərin
Gözəlliyi başqadı...
O gözəllik səsini -
Duymağımda başladı!..
Ruhuma məstlik gəldi,
Sevinc cüt - dəstlik gəldi!
Həzin bir pəstlik gəldi -
Yaddaşımı daşladı!..
Bu necə bir xoş haldı
İçimdən qəm boşaldı!
Həsrət əliboş qaldı -
Vüsalı alqışladı!

2567 oxunub

InvestAZ