XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Bayden Ərdoğanla görüşəcək? – Ağ Ev açıqladı
DÜNYA 07:45 / 28.10.2021

Ağ Evin sözçüsü Cen Psaki ABŞ və Türkiyə prezidentlərinin G-20 Sammiti çərçivəsində ehtimal olunan görüşü ilə bağlı açıqlama verib.

Yenisəs.az Teleqraf.com-a istinadla xəbər verir ki, Ağ Ev sözçüsü jurnalistlərin suallarına dəqiq cavab verməkdən yayınıb.

"Əvvəllər də dediyimiz kimi, proqramda boşluqlar var, ikitərəfli danışıqlar üçün proqramı yekunlaşdırmağa çalışırıq. Bilirsiniz ki, Bayden türkiyəli həmkarı Ərdoğanla ilk dəfə iyun ayındakı xarici səfəri zamanı görüşüb. Hazırda bir çox fərziyyə irəli sürmək üçün çox şey var. Ümid edirəm ki, hər keçən gün daha çox detala aydınlıq gətirəcəyik”, - Psaki qeyd edib.

Psaki əlavə edib ki, prezidentin müşaviri Ceyk Sallivan Baydenin proqramı ilə bağlı daha ətraflı açıqlama verəcək.

"Türkiyə NATO-nun mühüm müttəfiqi və bir çox sahələrdə əməkdaşlıq etdiyimiz ölkə olaraq qalır”, - Psaki vurğulayıb.

G-20 sammiti 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək.


1962 oxunub

InvestAZ