XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



“İlham Əliyev dedi ki, onu ölkəyə buraxmayacam, xəyanət edib” - Ərdoğan
Gündəm 14:42 / 27.10.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə mühüm açıqlamalar verib.

Yenisəs.az Teleqraf.com-a  istinadla  xəbər verir ki, Prezident Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində 10 səfirin qalmaqallı açıqlaması və geri çəkilmələri, yeni Konstitusiya və seçki baryerindən danışıb.

10 səfirin məsələsi ilə bağlı danışan Tayyib Ərdoğan deyib: "Bizim atdığımız addım kiməsə güc nümayişi deyil, sadəcə olaraq Türkiyədə çalışan səfirlərin Türkiyənin daxili işlərinə qarışmaması deməkdir. Heç bir səfirin çalışdığı ölkənin daxili işlərinə qarışmaq səlahiyyəti yoxdur. Onlar Vyana Konvensiyasının 41-ci maddəsini məndən yaxşı bilməlidirlər. Çünki səfirlər özləri haqqında bu cür razılaşmaları addım-addım həyata keçirməli, addım-addım onlara əməl etməlidirlər. Üstəlik, Türkiyədə işləyirsiniz; Türkiyədə çalışan səfir bilməlidir ki, Türkiyə bir qəbilə dövləti deyil”.

Səfirlər məsələsi ilə bağlı xoşagəlməz açıqlama verən Cümhuriyyət Xalq Partiyası İstanbul millət vəkili Ünal Çeviközə işarə edən Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə dialoqundan söz açıb.

Ərdoğan deyib: "Onlardan biri əvvəllər Bakıda səfir olub, indi CHP-də guya siyasətlə məşğuldur. İlham bəylə danışarkən o belə "Mən bu adamı bir daha bu qapıdan içəri buraxmayacam” dedi. Çünki o, Azərbaycana da xəyanət edib. Sən əvvəlcə vaxtilə səfir olduğun ölkənin siyasətinə hörmət etməyi öyrən”.

Qeyd edək ki, Əhməd Ünal Çeviköz 2001-2004-cü illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.

Türkiyə Prezidenti Konstitusiya çalışmaları ilə bağlı təklifin onlara MHP-dən gəldiyini qeyd edib. Bildirib ki, bu təklif onların işinə dəstək olub:

"Biz bunu zatən planlaşdırır və qiymətləndiririk. Seçki qanunu və siyasi partiyalar haqqında qanunla bağlı Fəthi bəyin dostlarımıza verdiyi araşdırmanın mətni də var. Burada 5 faiz və 7 faiz məsələsi gündəmdə idi. Bu baxımdan Dövlət bəy mənim 7 faizlik təklifimi də olduğu kimi qəbul etdi. Dedilər ki, bu məqamda nəyi münasib görsən, bizim üçün məqbuldur. Ona görə də bu 7 faiz məsələsini indidən qanunda bu şəkildə dostlarımıza deyəcəyik. Biz bunun üzərindən hərəkət edəcəyik. Digər tərəfdən, təbii ki, Konstitusiya ilə bağlı işlərimiz də davam edəcək. Dostlarımız bu işi başa çatdırdıqdan sonra Məclisin gündəminə gələcək. Amma könül istər ki, Məclisdəki digər siyasi partiyalar da buna hazır olsunlar”.


2327 oxunub

InvestAZ