XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021



Gəncədə intihara cəhd edən şəhid anası İcra Hakimiyyətini SUÇLADI
MƏMLƏKƏT 10:20 / 27.10.2021

Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədova ötən gün intihara cəhd edib. Hazırda o, Gəncədəki xəstəxanadadır.

Yenisəs.az  bildirir  ki, Modern.az-ın məlumatına görə, V. Məmmədovanın anası Almaz Məmmədova Baku TV-yə  bildirib ki, intihara cəhdin səbəbi kirayə haqqını ödəyə bilməməkləridir. O qeyd edib ki, qızı dəfələrlə iş üçün müraciət etsə də, ona kömək edən olmayıb:

"Kirayədə yaşayırıq. Qızım altı aydır ayaq döyür, deyirlər, get iş yoxdur. Deyir heç olmasa, məni İcra Hakimiyyəti qəbul eləsin, 1 metrlik yer alım, ailəmi dolandırım. Anam səhər ölsə, mənə kim baxacaq?...”.

Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasını xəstəxanada ziyarət edib. Qadın üzləşdiyi problemi onun da diqqətinə çatdırıb. 

Xatırladaq ki, şəhid anasının ötən gün Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etdiyi bildirilir. Gəncə şəhər 3 saylı xəstəxanasına yerləşdirilən V.Məmmədovanın vəziyyəti normaldır. 


7603 oxunub

InvestAZ