XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Zakir Həsənov Hulusi Akarla görüşdü
HÜQUQ 09:27 / 27.10.2021

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Bu barədə Yenisəs.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşdən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib.

Müdafiə naziri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan tərəfdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.

H.Akar da öz növbəsində belə bir tarixi görüşün əhəmiyyətini vurğulayaraq strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.



3127 oxunub

InvestAZ