XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Yaponiya əcnəbi tələbələrin mühüm texnologiyalara çıxışını məhdudlaşdıracaq
DÜNYA 08:39 / 27.10.2021

Yaponiya hökuməti ölkədə təhsil alan əcnəbi tələbələrin müdafiə əhəmiyyətli və ya milli təhlükəsizliyin təmini ilə bağlı ola biləcək texnologiyalara çıxışını məhdudlaşdırmaq niyyətindədir.

Yenisəs.az xəbər  verir  ki Trend-in məlumatına görə, yapon universitetləri əcnəbi tələbələrə ölkə üçün mühüm əhəmiyyət kəsb edən texnologiyalarla bağlı təhsil proqramlarına çıxış verməzdən əvvəl Sənaye Nazirliyindən icazə almalı olacaqlar.

Qanunvericiliyə müvafiq dəyişikliklərin bu ilin sonuna kimi ediləcəyi gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə Tokio universitetində oxuyan çinli tələbə Honq-Konqdan keçməklə Çinə təyyarələr üçün infraqırmızı kamera keçirərək qüvvədə olan qanunları pozub.


1489 oxunub

InvestAZ