XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Türkiyə-Ermənistan münasibətləri - Ərdoğan şərtləri açıqladı
SİYASƏT 21:33 / 26.10.2021

"Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”.

Yenisəs.az  bildirir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

"Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq”, - deyə dövlət başçısı vurğulayıb.

Ərdoğan bildirib ki, dünyanın bu gözəl bölgəsində sülh içində yaşamaq mümkündür: "Davamlı sülhün yaradılması istiqamətində atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram".



1375 oxunub

InvestAZ