XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Pirallahıda əməliyyat
KRİMİNAL 19:21 / 26.10.2021

Pirallahı rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əmiraslan Əmiraslanov tutularaq istintaqa təqdim edilib.

Yenisəs.az  xəbər verir ki, üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik maddələri tanışı Rahil adlı şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Pirallahıda narkotik vasitələrin satışı ilə məşğul olan qəsəbə sakini Rahil Quliyev də saxlanılıb. Onun üzərində və yaşadığı evdə axtarış aparılan zaman satış üçün bükümlər formasında qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Rahil Quliyev ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında Pirallahı rayon polis şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.





954 oxunub

InvestAZ