XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Zəngilanda Ərdoğanın rəsmi qarşılanma mərasimi - VİDEO
Gündəm 18:49 / 26.10.2021
Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonuna gedib.

Yenisəs.az xəbər verir ki, rayonda dövlət başçısının rəsmi qarşılanma mərasimi keçirilib. Mərasim Zəngilan rayonunun Ağalı kəndində olub.

 Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mərasim zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin önündən keçiblər.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda "Dost Aqropark”ın təməlini qoyublar.

 



2155 oxunub

InvestAZ