XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Avtomobilin mühərriki yerindən çıxdı
KRİMİNAL 21:19 / 24.10.2021

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenisəs.az  xəbər verir ki, hadisə bu gün İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxaraq bir neçə metr kənara düşüb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.( teleqraf.com)


2233 oxunub

InvestAZ