XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Biləsuvarda bir nəfər dörd adamı bıçaqladı
KRİMİNAL 21:14 / 24.10.2021

Biləsuvar rayonunda dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Yenisəs.az Teleqraf.com -a  istinadla xəbər verir ki, hadisəni törətməkdə Qoşqar Orucov şübhəli bilinir.

Hadisə ötən Amankənd kəndində baş verib. Kəndin çay evində kənd sakinləri - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında mübahisə yaranıb.

İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedən zaman yolda Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


1578 oxunub

InvestAZ