XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılama
Gündəm 19:56 / 24.10.2021

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.

 

Yenisəs.az  TRT-yə istinadən xəbər verir ki, Prezidentin səfəri bir günlük olacaq.

 

O, Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılacaq. Ərdoğanı Prezident İlham Əliyev rəsmi mərasimlə qarşılayacaq.

 

Hava limanında ilk rəsmi qarşılama mərasimi Ərdoğan üçün təşkil olunacaq.

 

Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarında tikilən ilk hava limanı olan Füzuli aeroportu Ərdoğanın qatılacağı mərasimlə xidmətə açılacaq.

 

Ərdoğan mərasimdə çıxış edəcək.


1256 oxunub

InvestAZ