XƏBƏR LENTİ
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022
23 İyun 2022



Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri
Maraqli 09:19 / 24.10.2021

Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunan "Zəfər kuboku” mini futbol turnirinə start verilib.

 

Yenisəs.az  bildirir ki,Modern.az gürcü mediasına istinadla xəbər verir ki, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə baş tutan turnirə ümumilikdə 10 həvəskar komanda qatılıb.

 

Turnirin ilk oyunu Azərbaycan və Türkiyənin Gürcüstandakı diplomatik nümayəndəliklərinin həvəskar komandaları arasında keçirilib.

 

Baş tutan qarşılaşma 2:0 hesabı ilə türkiyəli diplomatların xeyrinə başa çatıb.

 

Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin komandalarının da iştirak edəcəyi yarışın qalibi noyabrın 8-də müəyyənləşəcək.

 

           

8565 oxunub

InvestAZ