XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



QƏRİB DUYĞULAR - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 09:12 / 24.10.2021

Oyanıb gözü mürgülü,
Səhər də mənim tək qərib...
İçimə dolan bürküdü -
Qalmışam mən də tək...qərib!
Sındırıb sübhün şaxını,
Sellənib adam axını..
Sevməyib yadı, yaxını -
Ötur, dərdini çək qərib!
Onsuz da fikir. ya xəyal
Heç biri deyildi real!
Günü öldür, borca hey al -
Özünü yerə ək, qərib!
O ad dilindəki dua
Puhun sığındığı yuva...
Əbülfəti axıt suya -
Ümid göyərt, lək-lək, qərib!


2061 oxunub

InvestAZ