XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



Qazaxıstan Xəzər dənizi ilə bağlı sənədi ratifikasiya edib
İqtisadiyyat 12:37 / 23.10.2021

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasına Bioloji müxtəlifliyin mühafizəsinə dair əlavə protokolun ratifikasiyası barədə qanunu imzalayıb.

Yenisəs.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verib.

Qeyd edək ki, protokol 2014-cü ilin mayında Xəzəryanı ölkələr tərəfindən Aşqabadda imzalanıb. Sənədin məqsədi Xəzər dənizinin bioloji müxtəlifliyinin, ekosisteminin mühafizəsi və bioloji ehtiyatların dayanıqlı istifadəsinin təmin olunmasıdır.

"Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyası (Tehran Konvensiyası) 2003-cü il noyabrın 4-də imzalanıb və 2006-cı il avqustun 12-də qüvvəyə minib.

Azərbaycan Konvensiyanı 2006-cı ilin aprelində ratifikasiya edib.


2087 oxunub

InvestAZ