XƏBƏR LENTİ
30 Noyabr 2021
29 Noyabr 2021
28 Noyabr 2021



"Türkiyə ABŞ-dan F-16-ların satın alınması proseduruna start verib" - Hulusi Akar
DÜNYA 12:28 / 23.10.2021

Türkiyə ABŞ-dan F-16 qırıcılarının satın alınması proseduruna start verib.

Yenisəs.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO üzv ölkələrinin müdafiə nazirlərinin iclasından sonra deyib.

O bildirib ki, təyyarələrin tədarükü ilə bağlı texniki işlər başlayıb:

"Biz bu prosesi diqqətlə izləyirik. Türkiyənin güclənməsi həm də NATO-nun müdafiəsinin güclənməsi deməkdir".

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması ilə əlaqədar F-16 qırıcılarının tədarükü prosesini dayandırmışdı.


3351 oxunub

InvestAZ