XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



Məktəblər yenidən bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Gündəm 12:33 / 22.10.2021

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.

Yenisəs.az xəbər verir ki, bu barədə Təhsil və Səhiyyə nazirlikləri birgə məlumat yayıb.

Qeyd olunub ki, ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir: "Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək".

Xatırladaq ki, Nazirlər Kabinetinin tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair müvafiq qərarına əsasən, sentyabrın 22-dən I-IV, sentyabrın 29-dan isə V-XI siniflər üzrə, eləcə də bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb.


2283 oxunub

InvestAZ