XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Hulusi Akar NATO qərargahında - Foto
DÜNYA 20:53 / 21.10.2021

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO müdafiə nazirlərinin iclasına qatılmaq üçün alyansın Brüsseldə yerləşən mənzil-qərargahına gəlib.

Yenisəs.az  xəbər verir ki, Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Basat Öztürk və digər yetkililər tərəfindən qarşılanan Akar Türkiyənin NATO-dakı daimi nümayəndəliyini və hərbi nümayəndəliyini ziyarət edib, heyətlə görüşüb və davam edən işlər haqqında məlumat alıb.

Hulusi Akar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında beynəlxalq aləmin mövzusuna çevrilən Türkiyənin çox əhəmiyyətli işlər gördüyünü və ciddi uğurlar əldə etdiyini söyləyib.

Türkiyənin bu günədək NATO-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini vurğulayan H.Akar bunu bundan sonra da davam etdirəcəyini bildirib.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin iclası iyun ayında keçirilən NATO sammitindən və alyansın bu yay Əfqanıstandan çıxmasından sonra keçirilən ilk görüş olması baxımından önəm daşıyır.(teleqraf.com)



2184 oxunub

InvestAZ