XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
Gündəm 15:08 / 21.10.2021

Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, lakin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyəm.

Yenisəs.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi infrastruktur obyektlərinin açılışında da iştirak edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidentinin oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.


2838 oxunub

InvestAZ