XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Kəlbəcər və Laçın balı Bakıda
Gündəm 11:56 / 20.10.2021

Kənd Təsərrüfatı Nazirliyinin bu gündən Bakıda təşkil etdiyi bal yarmarkasına Kəlbəcər və Laçın rayonlarından da bal gətirilib.

Bu barədə nazirliyin şöbə müdiri Vüqar Hüseynov məlumat verib.

O bildirib ki, yarmarkada digər rayonlarla yanaşı, işğaldan azad edilən ərazilərdə istehsal edilən bal məhsulları da çıxarılıb: "Azad edilən ərazilərdən gətirilən arı məhsulları yoxlanılıb və həmin balların daha keyfiyyətli olduğu müəyyənləşib. Həmin ərazilərdə arılardan alınan məhsulların bir qismi yarmarkaya qədər satılıb. Amma sahibkarlar yarmarkaya da bu ballardan çıxarıb".

Arı təsərrüfatını Kəlbəcər yaylağına köçürən sahibkar Sabir Mustafayev Trend-ə açıqlamasında bildirib ki, builki bal yarmarkasına 200 kiloqram Kəlbəcər balı çıxarıb:

"Kəlbəcərdən 2 ton bal topladıq. Yarmarkaya hazırda 200 kiloqram Kəlbəcər yaylaq balı, 200 kiloqram isə Ağsu-İsmayıllı balı çıxarmışıq. Kəlbəcərdən gətirdiyimiz çərçivə balının bir kiloqramı 40 manat, süzmə bal isə 30 manatdır, digər ərazilərin balını isə 20-30 manata satırıq".

Qeyd edək ki, bu gündən etibarən Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında ("Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

Vətəndaşlar 20 oktyabr - 7 noyabr tarixlərində hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.(trend)


1037 oxunub

InvestAZ