XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



Xocavənddə silah-sursat aşkar edildi
KRİMİNAL 11:48 / 20.10.2021

Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində düşmənin tərk etdiyi mövqelərdən döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi növbəti tədbirlər də uğurla nəticələnib.

Belə ki, ermənilərin ataraq qaçdığı 2 "Strela-3” daşınan zenit-raket kompleksi, 2 "Foqot”, 1 "AQS-17” qurğusu, 4 qumbaraatan, 4 avtomat, 1 tank əleyhinə mina, 16 əl qumbarası, 16 partladıcı vasitə, 4 avtomat darağı və 1400 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


1445 oxunub

InvestAZ