XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021
04 Dekabr 2021



Silah-sursat aşkar edildi
KRİMİNAL 10:38 / 20.10.2021
Zəngilanda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən   Yenisəs.az-a verilən məlumata görə, bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.
1926 oxunub

InvestAZ