XƏBƏR LENTİ
06 Dekabr 2021
05 Dekabr 2021



PƏRVANƏ RUH -Əbülfət MƏDƏTOĞLU
Ədəbiyyat 08:46 / 20.10.2021

("Bir QADINA..." silsiləsindən)

Bu mənasız cismimin
İçində can əzirəm!
Cismimi dəfn etməyə -
Uzaq bir yer gəzirəm...
Ora nə sənin əlin
Nə də xəyalın çatsın...
Ürəyində xatirəm, -
Orda da cismim yatsın!
Gördükcə göz ağrıdan,
Cismimdən qurtul sən də...
Ruhum pərvanən olsun -
İşimi görüm, mən də!

3022 oxunub

InvestAZ